Bia.Az

Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı

Hadisə
 18-11-2020, 16:22     361

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən BİA.az-a verilən məlumata əsasən, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə 60 manat pul, 7500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.скачать dle 12.1