Bia.Az

İcra Hakimiyyətindən zəlzələ açıqlaması: İsmayıllıda hiss edilib

Hadisə
 12-07-2025, 12:35     897

Bu gün səhər saatlarında İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrdə maqnitudası 4 bala qədər, ətraf yaşayış məntəqələrində isə 3-4 bal gücündə hiss olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Teleqraf-a bildirilib ki, zəlzələ cüzi hiss edilib, hələki, dağıntı və ya xəsarət barədə heç bir müraciət yoxdur.

Qeyd olunub ki, sakinlərdən zərər barədə müraciət olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.скачать dle 12.1