Tovuzda dönərdən kütləvi zəhərlənmə oldu

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlar arasında azyaşlı da var, hazırda müalicələri davam etdirilir.