Bia.Az

Fərhad Yalquzaq dəfn edildi

Hadisə
 19-06-2025, 01:39     425

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.
O bildirib ki, 52 yaşlı rəssamın nəşi emalatxanada aşkarlanıb:
"Xəstə deyildi. Ölüm səbəbi bilinmir. Bu gün saat 11-də morqdan götürüləcək və Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq".
***
Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və qanaxmadan vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Rəssam Fərhad Yalquzaq dəfn edildi.
Bu barədə mərhumun dostu Gündüz Hunlar deyib.
Onun sözlərinə görə, dəfndə mərhumun yaxınları, dostları və rəssamlar iştirak edib, Rəssamlar İttifaqından isə mərasimdə iştirak edən olmayıb.скачать dle 12.1