Bia.Az

Arvadının qısqanclığına dözməyən kişi özünü yandırdı

Hadisə
 28-05-2025, 13:05     391

Biləsuvarda kişi qadının şantajına görə intihara cəhd edib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Biləsuvar rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadının şantajına görə özünü öldürmək istəyib.

Hadisə mayın 27-də gecə saatlarında baş verib. Məlumata görə, rayon sakini Elvin Mirişov 2017-ci ildən qeyri-rəsmi nikah münasibətində olan qadının ona qarşı səsləndirdiyi ittiham və təzyiqlərə dözməyərək üzərinə yandırıcı maye tökərək intihara cəhd edib.

Qadın onu başqa xanımlarla münasibətdə ittiham edirmiş.

Ətrafda olan şəxslər hadisəyə müdaxilə edərək yanğının qarşısını alıblar və o, xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, onların bir övladı var.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.скачать dle 12.1