Bia.Az

Tərtərdə dəhşətli qətl: qayınata gəlinini öldürdü - TƏFƏRRÜAT - YENİLƏNDİ

Hadisə
 13-05-2025, 16:48     656

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.

***
12:22
Tərtər rayonunun Poladlı kəndində baş vermiş qətlin təfərruatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə qısqanclıq zəminində törədilib.
Hafizə Rzayevanın qayınatası Şəhriyar Hüseynov oğlunun evinə gəlib. Gəlinin telefonda başqa biri ilə mesajlaşdığını görüb.
Şəhriyar Hüseynov Hafizə Rzayevanı bıçaqlayaraq öldürüb. Sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verib.
Hafizə Rzayeva 1990-cı ildə anadan olub. 2-3 ay bundan öncə "Ucuzluq" marketdə işə girib. Amma yaxşı işləmədiyi üçün işdən çıxarılıb. Onun yoldaşı Sadiq Hüseynov bərbərdir. Hadisə vaxtı o, Bakıda işdə olub.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.скачать dle 12.1