Bakının mərkəzində güclü yanğın: Sakinlərin təxliyə olunması başlanıldı - YENİLƏNDİ

Bakının Nizami rayonunda anbarda baş verən yanğın davam edir.
Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə yerində FHN-nin qərargahı yaradılıb. Yanğının söndürülməsi üçün 5 əsas, 2 xüsusi avtomobil cəlb olunub.
Yanğın baş verən əraziyə yaxın binadakı əhali təxliyə edilib.
***
11.30
Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
11.03
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.