Bia.Az

"Mersedes" dəmir arakəsməyə çırpıldı: Sürücü öldü

Hadisə
 21-04-2025, 01:06     623

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1990-cı il təvəllüdlü R.İmanov hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1