Bakıda dəhşət: Arvadının başını kəsib, özünü binanın 14-cü mərtəbəsindən atdı

Paytaxtın Yasamal rayonunda qətl hadisəsi olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, ər arvadının başını kəsib daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Məlumata görə, qətli törədən 1987-ci il təvəllüdlü Məmmədov Bürhan İlham oğludur. O, 1992-ci il təvəllüdlü arvadı Məmmədova Xumar Ağa qızını öldürdükdən sonra öz canına qəsd edib.