Bia.Az

46 yaşlı fəhlənin üzərinə beton aşdı, öldü

Hadisə
 8-04-2025, 11:48     390

Ceyranbatanda 46 yaşlı fəhlənin üzərinə beton aşması nəticəsində həyatını itirib.

Axar.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən betonzavodda qeydə alınıb.

1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən onun üzərinə beton aşıb.

Saməddin Rüstəmov elə hadisə yerindəcə həyatını itirib

Faktla bağlı araşdırma aparılırскачать dle 12.1