Bia.Az

Ermənilərin Kürdəmirə atdığı raketin qalıqlarının düşdüyü ərazi

Hadisə
 22-10-2020, 14:17     45

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Report-un Yuxarı Şirvan bürosu Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Kürdəmir rayonu ərazisində zərərsizləşdirilən raketin düşdüyü yeri görüntüləyib. Həmin fotoları təqdim edirik.

Ermənilərin Kürdəmirə atdığı raketin qalıqlarının düşdüyü əraziскачать dle 12.1