Məşhur iş adamı Hacı İbrahim vəfat etdi

NAB Holding" ailəsinin başçısı və qurucusu Hacı İbrahim Mohageh Orami vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Holdinqdən açıqlama yayılıb.
"Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatına böyük töhfələr vermiş iş adamı, "NAB Holding" ailəsininin başçısı Hacı İbrahim Mohageh Orami vəfat edib", - məlumatda bildirilib.
Allah rəhmət eləsin!