Bia.Az

Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

Hadisə
 21-10-2020, 12:14     256

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.
 Report xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.
Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.скачать dle 12.1