Bia.Az

Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb

Hadisə
 15-10-2020, 14:57     294

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Report xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.
Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə, ilkin məlumatlara, görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.скачать dle 12.1