Bia.Az

Rüfət Səfərov ittiham irəli sürüldü - Bu maddələrlə

Hadisə
 4-12-2024, 00:07     800

Daxili İşlər Nazirliyi (DİN) Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasına dair məlumat yayılıb.

***
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.



скачать dle 12.1