Bia.Az

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var!

Hadisə
 29-11-2024, 00:50     1 008

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Axar.az-ın Bakupost.az-a istinadən məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.скачать dle 12.1