Bia.Az

Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi

Hadisə
 13-10-2020, 10:30     281

Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib.
"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.скачать dle 12.1