Bia.Az

Rüfət Rüstəmovu öldürən şəxs tutuldu

Hadisə
 28-10-2024, 00:55     692

Oktyabrın 27-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Ələsgər oğlu Rüstəmovun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ələkbər Valeh oğlu Səmədli polis əməkdaşları tərəfindən keçurilən tədbirlərlə saxlanılıb.

***

Qətl hadisəsi ilə bağlı Qarabağ rayon Prokurorluğu da açıqlama yayıb.

Bildirilib ki, oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.скачать dle 12.1