Şəmkirdə faciə: üç nəfəri eyni anda elektrik cərəyanı vurub öldürdü – TƏFƏRRÜAT

Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərruatları məlum olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Könüllü kənd sakinləri 1994-cü il təvəllüdlü Əkbər Bağırov, 1986-cı il təvəllüdlü Qismət Məmmədov və Ağstafa rayonun Dağkəsəmən kənd sakini Adil Böyükkişiyev dəmir nərdivanı aparan zaman 10 min voltluq hava xəttinə toxunub.
Nəticədə onları elektrik cərəyanı vurub öldürüb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***18:48
Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayon Könüllü kənd ərazisində qeydə alınıb.
Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində Əkbər Bağırov, İsmət Məmmədov və Adil Böyükkişiyev elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.