Bia.Az

DİQQƏT! Düşmən təxribat xarakterli mesajlar göndərir

Hadisə
 8-10-2020, 21:22     401

Cəbhədə döyüşlər başlayandan və Azərbaycan Ordusunun qısa zamanda ciddi nailiyyətlərindən sonra ermənilər təxribatlara əl atmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bir neçə gündür ki, müxtəlif üsullara əl ataraq Azərbaycan əhalisi arasında panika, xaos yaratmağa çalışan düşmənin kibercinayətləri davam edir. Bu dəfə düşmən azərbaycanlı istifadəçilərin e-poçt ünvanlarına təxribat xarakterli mesajlar göndərməyə başlayıb. 
Belə ki, mesajlarda guya cəbhə bölgəsində yaşayan əhalimizin evlərini tərk etmək istəməsi, buna mane olan hərbçilərimizin onları döyməsi kimi absurd fikirlər səsləndirilir. 

Bu mesajı alanlar diqqətli olmalı və düşmənin yaydığı bu cür saxta məlumatlara inanmamalıdırlar. Cəbhə bölgəsində yaşayan vətəndaşlarımız öz evlərindən çıxmayacaqlarını hər fürsətdə bildirirlər. Ordumuz isə döyüş meydanında düşməni məhv edir. 




скачать dle 12.1