Bia.Az

Bilgəhdə batan şəxsin meyiti tapıldı

Hadisə
 21-07-2024, 01:29     674

Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***

Bilgəh çimərliyində batan şəxsin meyiti tapılıb.

Meyit müayinə üçün morqa təhvil verilib.скачать dle 12.1