Bia.Az

Bakıda dəhşət: ər həyat yoldaşına 8 bıçaq zərbəsi vurdu

Hadisə
 10-06-2024, 01:11     557

Bakının Səbail rayonunda ailə məişət zəmnində dava zamanı 23 yaşlı qadın xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.скачать dle 12.1