Azərbaycanda avtobus qəzası - Ölənlər var/Video

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb. Bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən "Mercedes" markalı mikroavtobus istirahət mərkəzinə gedirmiş.