Bia.Az

Zəngəzurda 4 əsgərin ölümü ilə bağlı yeni gəlişmə

Hadisə
 27-05-2024, 13:46     364

Aprelin 12-də 4 erməni hərbçinin ölümü ilə nəticələnən qəza ilə bağlı istintaq çərçivəsində 3 nəfərə qarşı ittiham irəli sürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Cinayət işi ilə bağlı aparılan ibtidai istintaq çərçivəsində qəza zamanı avtomobili idarə edən zabit və hərbi hissənin texniki təminatına nəzarətə görə məsuliyyət daşıyan iki vəzifəli şəxsə qarşı ittiham irəli sürülüb.

Məlumata görə, sözügedən iki şəxsdən biri barəsində həbs-qətimkan tədbiri seçilib, digəri isə ev dustaqlığına buraxılıb.

İstintaq davam edir.

Xatırladaq ki, aprelin 12-də Ermənistanda hərbçiləri daşıyan “Ural” markalı avtomobil Mehri rayonu istiqamətində dərəyə aşıb. Nəticədə 4 hərbçi ölüb, 19-u yaralanıb.скачать dle 12.1