Bia.Az

Yevlaxda dəhşətli qəza - Ölən və xəsarət alanlar var

Hadisə
 26-05-2024, 13:14     419

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, "VAZ-21011" markalı avtomobil yol kənarında dayanan kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ" markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Sanayidova Bahar Məzahir qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların içərisində 5, 6 və 7 yaşlarında uşaqlar da var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1