Sumqayıtda dəhşət: ana üç azyaşlı övladını zəhərlədi – YENİLƏNİB

“Bu gün saat 15:20 radələrində təcili tibbi yardım vasitəsilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib”.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, daha ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:
“Göstərilən tibbi xidmətlərdən sonra vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib.
Daha sonra valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıblar”.
***21:45
Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib.
Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib.
Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.