Bia.Az

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, 70 yaşlı şəxs saxlanılıb

Hadisə
 29-04-2024, 01:12     379

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyn oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.скачать dle 12.1