Bia.Az

Türkiyəyə narkotik aparan azərbaycanlı qadın tutuldu - FOTO

Hadisə
 2-03-2020, 12:36     75

Türkiyəyə narkotik aparan azərbaycanlı qadın tutuldu - FOTOTürkiyənin Qars vilayətində azərbaycanlılardan narkotik maddə aşkar edilib.

Serhatbirikim.com-un məlumatına görə, Qars Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və Sarıqamış Rayon Polis İdarəsi üçü azərbaycanlı olan beş şübhəlidən narkotik maddə aşkar ediblər.

Əməliyyatçılar Qars-Ərzurum şosesində narkotik ticarəti üçün Azərbaycandan Qarsa gələn azərbaycanlıların avtomobilini saxlayıblar.

Axtarış zamanı avtomobildə olan üç qadından birinin üzərindən 23,73 qram metamfetamin və 1,27 qram qurudulmuş çətənə tapılıb.

L.G. adlı həmin qadın həbs edilib. Digər şəxslər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Türkiyəyə narkotik aparan azərbaycanlı qadın tutuldu - FOTO
скачать dle 12.1