Bia.Az

Jurnalist Rafiq Məmmədli vəfat edib

Hadisə
 11-04-2024, 13:36     407

Jurnalist Rafiq Məmmədli vəfat edib.

AzVision.az bildirir ki, bu barədə xaricdə yaşayan telejurnalist Çingiz Sultansoy məlumat verib.

Rafiq Məmmədli uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

O, “Turan” İA, “Azadlıq” qəzetində, “Monitor” jurnalında, “Bakinski Vedomosti” qəzetində və Azadlıq radiosunun Bakı bürosunda çalışıb.

Rafiq Məmmədli həmçinin İT mütəxəssisi idi.

Allah rəhmət eləsin!
скачать dle 12.1