Bia.Az

Cinayət törədən 79 nəfər saxlanıldı - Günün kriminal xronikası

Hadisə
 8-04-2024, 10:53     181

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 6-da və 7-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Aprelin 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək, olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da və 7-də Xankəndi şəhəri ərazisindən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub.скачать dle 12.1