Bia.Az

İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Hadisə
 4-04-2024, 12:08     276

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə dia-az.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxs, rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.

O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
скачать dle 12.1