Bia.Az

Azərbaycanda narkotikə görə həbs olunan 32 yaşlı qadın DANIŞDI: “Rəfiqələrimin günahıdır” - VİDEO

Hadisə
 30-03-2024, 00:41     342

Baku TV-də yeni layihə - “Damdakılar” verilişi efirə gedib.
Verilişdə məhbus həyatı yaşayan qadınlarla söhbət aparılacaq.
Proqramın ilk buraxılışında narkotiklərin qanunsuz saxlanması, satışı və istifadəsinə görə yeddi il müddətinə azadlıqdan məhrum edilən 32 yaşlı Günay Nuriyeva həyat hekayəsini danışıb.
“Qadının düşməni qadındır” deyən məhbus onu bu işə rəfiqələrinin cəlb etdiyini deyir:
“Kişi qadına rahatlıqla demir ki, get pis yola düş, amma qadın deyir. Rəfiqələrimin günahıdır. Heç yatsam da, yuxuma girməzdi ki, narkotikə görə tutularam. Çünki narkotikə güclü meyilim yox idi. Elə bilirdim, bir-iki dəfə ilə heç nə olmaz. Amma bu gün həbsdəyəm”.
G.Nuriyeva necə həbs olunmasından da bəhs edib:
“İki oğlanla tutulmuşam. Onlar “mal” götürməyə gedəndə məni də yanlarında apardılar. Yolun yarısında qayıtmaq istədim. Dedilər ki, bizi yarı yolda qoyursan? Bəlkə, bizi satacaqsan? Həmin sözə görə qayıtmadım. Tutulanda üstümdə “mal” olmayıb. Sadəcə olaraq onların yanındayamsa, deməli, mən də həmin qrupun üzvüyəm”.
O, narkotikin fəsadlarından əziyyət çəkdiyi anları da xatırlayıb:
“İki-üç gün yatırdım. Sonra durub yemək yeyib, yenidən yatırdım. Məni özümə gəlməyə qoymurdular. Hər dəfə baxırdım ki, qarşımda yenə “patı” (metamfetamin) var. Narkotikdən ona görə uzaqlaşa bilmirdim”.
Ətraflı süjetdə:
скачать dle 12.1