Bia.Az

Sürücülük hüququ olmayan şəxs qəza törətdi: ölən var

Hadisə
 27-03-2024, 10:03     242

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.

Axar.az Report-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi VAZ 21012 markalı avtomobil Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sürücü Ayxan Amasov və sərnişin 2009-cu il təvəllüdlü Turxan İlham oğlu Alıyev xəsarət alıb, digər sərnişin 1998-ci il təvəllüdlü Orxan İlham oğlu Alıyev aldığı xəsarətlərdən Şəmkir rayon Mərkəzi Xəstəxanasında ölüb.скачать dle 12.1