Bia.Az

Bakıda 51 yaşlı Rauf Zeynalovlar ailəsinə DƏHŞƏT YAŞATDI

Hadisə
 17-03-2024, 13:10     265

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Zeynalov Rauf Ağasan oğlu yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçün ölüxanaya təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 12.1