Bia.Az

Azərbaycanda ana və 2 uşağının evdən meyitləri tapıldı

Hadisə
 11-03-2024, 12:18     297

Masallıda 3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
BİA.az APA-ya istinadən bildirir ki, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.скачать dle 12.1