Bia.Az

Astarada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralanan var

Hadisə
 9-03-2024, 02:22     416

Astarada ağır yol qəzası baş verib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Əlizadə Tural aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Əsgərzadə Mehdi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1