Bia.Az

FHN əməkdaşı faciəvi şəkildə öldü

Hadisə
 8-03-2024, 01:03     339

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1