Bia.Az

Qobustanda qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Hadisə
 2-03-2024, 12:12     310

Martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan dia-az.info-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


скачать dle 12.1