Bia.Az

Ağsuda sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar - FOTO

Hadisə
 1-03-2024, 10:21     294

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan,
sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri
altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan dia-az.info-ya verilən
məlumata görə, saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə
məhəl qoymayıb və ictimai asayişi pozub. Hər iki sürücü barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. R.Umudov məhkəmənin
qərarı 30 sutka inzibati qaydada həbs olunub. F.İsgəndərovun isə sürücülük
hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.

Ağsuda sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
скачать dle 12.1