Bakıda bir ailə "Bank of Baku"nu məhkəməyə verdi - SƏBƏB
"Bank of Baku" məhkəməyə verilib.
İqtisadiyyat.az xəbər verir ki, bank barəsində Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub.
Belə ki, Adıgözəl və Tofiq Fərhadov qardaşları, Şərqiyyə Fərhadova və Ramiz Balacayev bank barəsində məhkəmə qarşısında iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kirayə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
İddia hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq.