Bia.Az

LOTU QULİ ÖLDÜRÜLDÜ - Kriminal avtoritet Antalyada güllələnib

Hadisə
 20-08-2020, 10:27     447

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

"Report"un Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə KİV-ləri Nadir Səlifovun öldürülməsinin bəzi təfərrüatlarını yayıb. “Habertürk” bildirir ki, o, Antalyanın Serik rayonundakı otellərdən birində
birlikdə yemək yediyi şəxs tərəfindən başından güllələnib. Ətrafdakılar təcili yardım çağırıb, təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da bütün müdaxilələrə baxmayaraq keçinib.


BİA.az
скачать dle 12.1