Bia.Az

Ağdamda icra nümayəndəsi qəzada öldü: Sükan arxasında içkili olub? - VİDEO

Hadisə
 21-02-2024, 00:54     563

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədətli kənd ərazi nümayəndəsi, 1985-ci il təvəllüdlü Fərrux Cabbarov yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Mərhumun qohumunun sözlərinə görə, icra nümayəndəsi sükan arxasında olarkən ürək tutması səbəbindən dünyasını dəyişib.

Sosial şəbəkələrdə Fərrux Cabbarovun sürücülük hüququnun olmaması, avtomobilinin başqasına məxsus olması və ona etibarnamənin verilməməsi haqda yayılan xəbərlərə mərhumun qohumu belə aydınlıq gətirib:

“Çoxu deyir ki, içkili olub, sürücülük vəsiqəsi olmayıb. Xeyr, yalan söhbətdir. Sürücülük vəsiqəsi var, içki qəbul edən insan deyil. Rayonumuz, camaatımız üçün çalışan biri idi”.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1