Bia.Az

Oğlu tərəfindən öldürülən qadın məktəb direktoru imiş…

Hadisə
 14-02-2024, 01:10     275

Bakıda oğlu tərəfindən qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru olub. Modern.az-ın məlumatına görə, o, 1977-ci ildə anadan olub.

O, 2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.

Qeyd edək ki, hadisə Xətai rayonunda baş verib. Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.
скачать dle 12.1