Bia.Az

Bəstəkar Cavanşir Quliyev vəfat edib

Hadisə
 12-02-2024, 09:35     178

Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyev vəfat edib.


Bizimyol.info xəbər verir ki, bu barədə onun yaxınlarının sosial şəbəkə hesablarından verdikləri məlumata görə, bəstəkar İstanbulda, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Cavanşir Quliyevin fevralın 5-də xəstəxanaya yerləşdirilməsi baxədə xəbər verilmişdi.

Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.скачать dle 12.1