Bia.Az

Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR

Hadisə
 12-08-2020, 11:55     542

Ötən gün Bərdə rayonunda kütləvi dava olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə bildirib ki, üç nəfər yaralanıb:

“Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri - 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”.

İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib.

BİA.az
скачать dle 12.1