Bia.Az

Avtomobilində yarım kiloqramdan çox psixatrop maddə aşkarlandı

Hadisə
 6-08-2020, 12:44     400

Biləsuvarda avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb
.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bia.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. 
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

BİA.az
скачать dle 12.1