15161 hadisə, 62 ölüm
2023-cü ildə Azərbaycanda 15161 fövqəladə hadisə baş verib.
Hesabatı yayan Fövqəladə Hallar Nazirliyi bildirir ki, hadisələrdə 62 nəfər həlak olub: 40 nəfər yanğınlarda (yaşayış binalarında, nəqliyyat vasitələrində, başqa məkanlarda), 16 nəfər partlayışlarda (çoxmənzilli yaşayış binalarında, fərdi evlərdə, istehsalat və sənaye obyektlərində), 6 nəfər təbii mənşəli hadisələrdə (yağıntı, sel, uçqun) həyatını itirib.