Bia.Az

Partlayışla bağlı son məlumat – Polkovnikdən açıqlama

Hadisə
 15-01-2024, 22:15     364

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) xəsarət alıb və onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Mirfuad Mahmudov hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

O bildirib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub:
“Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, dörd nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
скачать dle 12.1