Bia.Az

İstanbulda azərbaycanlı oğlan faciəvi şəkildə öldü

Hadisə
 7-01-2024, 21:38     310

 İstanbulda Azərbaycan vətəndaşı bədbəxt hadisənin qurbanı olub.

16 yaşlı Həmzə Ələddin oğlu Həmzəyev motosiklet qəzasında dünyasını dəyişib.

Belə ki, H.Həmzəyev yaxın qohumuna məxsus motosikleti idarə etmək istəyib. Bu zaman nəqliyyat vasitəsinin sürəti artaraq idarəetmədən çıxıb. 100 metrədək hərəkət edən motosiklet maneyə çırpılıb. Nəticədə o yıxılaraq ağır xəsarət alıb və hadisə yerində ölüb.

Həmzə Həmzəyevin cənazəsi dünən yaxınlarının yaşadığı Naxçıvan MR-in Sədərək qəsəbəsinə gətirilərək dəfn edilib.скачать dle 12.1