Bia.Az

Neftçalada 27 yaşlı oğlan intihar edib

Hadisə
 4-01-2024, 01:26     467

ahin Əyyubov kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asıb

Neftçala rayonunda intihar hadisəsi olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.azскачать dle 12.1